Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yığıncaq [yığıncax] isim

1. Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas, həmin iclasın iştirakçıları. □ Yığıncaqda iştirak etmək. Yığıncaq keçirmək. Yığıncaqda çıxış etmək. Yığıncaq qərar çıxartdı. Yığıncaq təklifi bir səslə qəbul etdi.
2. İzdiham, qələbəlik, camaat. □ Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orada bazar əhlindən bir böyük yığıncaq var. (C.Məmmədquluzadə).
3. Məclis, qonaqlıq. □ Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub-dururlar. (M.F.Axundzadə).

Azərbaycan dilinin izahlı lüğəti