Reklam
Reklam

Tarix terminləri lüğəti

yenidənqurma siyasəti

XX əsrin 80-ci illərinin ortalarından başlayaraq cəmiyyətin demokratikləşdirilməsi və yeniləşdirilməsi məqsədilə SSRİ-də həyata keçirilən dövlət siyasəti.

“Yenidənqurma” terminini ilk dəfə SSRİ-nin ozamankı rəhbəri M.Qorbaçov 1985-ci il mayın 15-17-də Leninqrada səfərinin gedişində işlədib. Birinci mərhələdə (1985–1986) Y.S.-nin əsas məqsədi “sosializmin o vaxtadək istifadə olunmamış nəhəng potensialını üzə çıxarmaqdan” ibarət olub. İkinci mərhələdə (1987–1989) liberallaşma yolu ilə sosializmi bazar iqtisadiyyatı ilə birləşdirməyə cəhdlər edilib. Bazar islahatlarının daha da dərinləşdirilməsini nəzərdə tutan üçüncü mərhələ isə (1990–1991) SSRİ-nin dağılması ilə yarımçıq qalıb. Y.S. həmçinin siyasi və ideoloji sahələrdə bir sıra sərt qadağaların aradan qaldırılmasına və ümumi mühitin demokratikləşdirilməsinə gətirib çıxarıb.

Tarix terminləri lüğəti