Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yazı-pozu [yazı-pozu] isim

1. Yazı işləri. □ Bunun da səbəbi odurki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdir. (C.Məmmədquluzadə).

2. Yazıb-oxumaq bacarığı; savad. □ Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir. (N.Nərimanov).

3. Məcazi mənada: yazılmış şey; əsər, məqalə və s. □ Orada məni qonaq elədi  məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? (C.Məmmədquluzadə).

Azərbaycan dilinin izahlı lüğəti