Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yayılmaq [yayılmax] feil

1. Öz əhatə, təsir, nüfuz dairəsini genişləndirmək, geniş sahə tutmaq, əhatə etmək; genişlənmək, intişar etmək. □ Xəstəlik yayıldı. Müharibə atəşi bir çox ölkələrə yayıldı. Daşqın suları hər tərəfə yayıldı.

2. Hər tərəfdə eşidilmək, hər yerdə məlum olmaq. □ Xəbər çox tez yayıldı. Şöhrəti yayılmaq (məşhurlaşmaq).

3. Məcazi mənada: zahir olmaq, görünmək, gəlmək. □ Birdən Leylanın çatılmış qaşları açıldı, üzünə bir təbəssüm yayıldı. (Ə.Məmmədxanlı).

4. Məcazi mənada: çox sərbəst vəziyyətlə oturaraq və ya uzanaraq çoxlu yer tutmaq. □  yayılmısan divanda?

5. Yayğın hala gəlmək. □ Xəmir yayılmışdır.

See also:

frazeologizm: ürəyinə yağ kimi yayılmaq Azərbaycan dilinin izahlı lüğəti