1. Həyatda olan yaxşı və pis şeylər, müsbət və mənfi hallar. □ Allah vurub, deyir, cahılları, qocadan danış... Cahandidə, yaxşı-yamanı görmüş.. (N.Vəzirov).
2. Hal, vəziyyət. □ Qövsi, ondan qeyri kim, könlüm onun yanındadır; Hiç kim vaqif deyil yaxşı-yamanımdan mənim. (Qövsi Təbrizi).
3. Yaxşı və pis sözlər, müsbət və mənfi fikirlər. □ Hələ bir dəfə atam məni çağırdı ki, ay bala, qızın adına yaxşı-yaman deyirlər. (İ.Hüseynov).
4. Zərf kimi: babat, bir təhər, bir növ, bir qaydada. □ ..Məktəb öz başına qalıb, yaxşı-yaman öz işinə məşğul olubdur. (F.Köçərli).
Azərbaycan dilinin izahlı lüğəti