Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yatırtmaq [yatırtmax] feil

1. Yuxuya vermək, yatmağa məcbur etmək. □ Körpəni yatırtmaq.

2. Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək, yatıq halasalmaq. □ Meynəni pəncərə tərəfə yatırdın!

3. Məcazi mənada: sakit etmək, hirsini soyutmaq, həyəcanını azaltmaq. □ Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar. (M.İbrahimov).

4. Təsirini azaltmaq. □ Çay insanın susuzluğunu yaxşı yatırdır.

5. Fəaliyyətini, işini dayandırmaq; bağlamaq. □ ...Məhəmmədağa qəzetəni yatırtdı  başladı Bakıya köçməyə hazırlaşmağa. (C.Məmmədquluzadə).

Azərbaycan dilinin izahlı lüğəti