1. Həyatda var olmaq, diri olmaq, sağ olmaq. □ Babası hələ də yaşayır. Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. (Atalar sözü).
2. İsim kimi: həyat, dirilik. □ Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır. (Atalar sözü).
3. Ömür sürmək, həyat keçirmək. □ Yüz yaşa, düz yaşa. (Atalar sözü).
4. Həyatdan, onun zövq və səfasından faydalanmaq. □ Əzizim, yaşamaq lazımdır!
5. Davam etmək,mövcud olmaq, var olmaq. □ Köhnə adətlərin qalıqları hələ də yaşayır.
6. Bu və ya başqa tərzdə həyat sürmək, dolanmaq, keçinmək, güzəran etmək. □ Varlı yaşamaq. Kasıb yaşamaq. Pis yaşamaq. Tək yaşamaq. Varlı olub, qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub, şad xürrəm yaşamaq yaxşıdır. (Atalar sözü).
7. Həyatı, diriliyi, dolanışı üçün vasitə olmaq. □ Maaşla yaşamaq. Atasının hesabına yaşamaq. Təqaüdlə yaşamaq.
8. Biryerin sakiniolmaq, daim və ya müvəqqəti bir yerdə həyatsürmək. □ Şəhərdə yaşamaq. Kənddə yaşamaq. Harada yaşamağı məlumdeyil. Təzə evdə yaşamaq. Ümumi yataqxanada yaşamaq. Hansıküçədə yaşayırsınız?
9. Bir yerin sakini olmaq, daim və ya müvəqqəti bir yerdə həyat sürmək (heyvanlar, quşlar haqqında). □ Balıq suda yaşayır. Dəvəquşu Afrikada yaşayır.
10. Bir yerdə həyat keçirmək, bərabər ömür sürmək. □ Elə adamla yaşamaq çətindir.
11. Aralarında ər-arvadlıq münasibəti olmaq. □ O, arvadı ilə daha yaşamır.
12. Aralarında qeyri-qanuni, intim əlaqə olmaq.
13. Birşeyin aludəsi olmaq, bir şeydən ilham almaq, bir şeyi öz həyatı üçün əsas hesab etmək. □ Gələcək ümidi ilə yaşamaq. Yoldaşının xatirəsi ilə yaşamaq. O,ancaq elmlə yaşayır.
14. Nida kimi: əmr şəklində – müvəffəqiyyət, uğur arzusu bildirən, yaxud mərhaba! afərin! var ol!
15. Nida kimi: əmr şəklində – var olsun! □ Yaşasın bütün dünyada sülh! Yaşasın Vətənimiz!
See also: