Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yarımçıq [yarımçıx] sifət

1. Sona, axıra çatdırılmamış; natamam, bitməmiş. □ Yarımçıq iş.

2. Zərf kimi: sona, axıra çatdırılmamış; natamam, bitməmiş. □ Kitabı yarımçıq qoymaq (axıra qədər oxumamaq). İşini yarımçıq qoyub getmək.

3. Dolu olmayan, başı yarımçıq olan. □ Yarımçıq qab.

4. Məcazi mənada: sənətini yaxşı bilməyən, bir şey haqqında lazımınca məlumatı, biliyi olmayan adam haqqında. □ Anlayana da can qurban, anlamayana da; Dad yarımçıq əlindən. (Atalar sözü).

5. Məcazi mənada: məsələni axıra qədər həll etməyən, ardıcıl olmayan. □ Yarımçıq tədbir. Yarımçıq islahat. Yarımçıq vədlər.

See also:

frazeologizm: dad yarımçıq əlindən Azərbaycan dilinin izahlı lüğəti