1. Zəhmətlə, yaradıcı əməklə vücuda gətirmək. □ Əsər yaratmaq. Sənaye ocaqları yaratmaq. Alimlər yeni elektron maşınları yaratmışlar. Öz səadətini insan özü yaradır.
2. Ümumiyyətlə, vücuda gətirmək, meydana gətirmək, əmələ gətirmək. □ Külək Keşlənin alçaq damları qabağında qum təpələri yaradırdı. (M.S.Ordubadi).
3. Doğurmaq, oyandırmaq. □ ...son günlərin bərabər gəzişmələri, əski bir məzar daşının üzərində aparılan müsahibə Mehribanda yeni bir hiss yaratdı. (S.Hüseyn).
4. İlahiyyat. Xəlq etmək, yoxdan var etmək.
5. Təsis etmək, təşkil etmək; düzəltmək, qurmaq. □ Ordu yaratmaq. Təsərrüfat yaratmaq.
6. Hazırlamaq, təmin etmək. □ İşləmək üçün şərait yaratmaq. Zəminə yaratmaq.
7. Əsər yazmaq, yaradıcılıqla məşğul olmaq. □ Yazıb yaratmaq.
See also: