1. Toxunduğu şeyə ilişib ayrılmamaq, yaxud zorla qopacaq bir surətdə bitişmək; sıvaşmaq. □ Kitabın səhifələri bir-birinə yapışmışdır. Ayaqqabılarıma qəliz palçıq yapışıb. Quru palçıq divara yapışmaz. (Atalar sözü).
2. Bir-birinə təmas edəcək dərəcədə yaxın olmaq, tamamilə yanaşmaq; çatmaq. □ Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışmışdır. (Y.V.Çəmənzəminli).
3. Bir-birindən qopmamaq, ayrılmamaq. □ Susuzluqdan dodaqları bir-birinə yapışmışdı.
4. Tutmaq, bərk-bərk tutmaq, qarmalamaq. □ Əlindən yapışmaq. Qolundan yapışmaq. Suda böğulan saman çöpündən yapışar. (Atalar sözü).
5. Tutub qaldırmaq; qaldırmaq (çəkmək, dartmaq) üçün əli ilə tutmaq. □ Di gəl, bu şələyə yapış, qoy dalıma. (Ə.Haqverdiyev).
6. Dişlərini keçirmək, dişləri ilə tutub buraxmamaq. □ İt baldırımdan yapışdı.
7. Məşğul olmaq, başlamaq, girişmək, şüru etmək. □ Bir sənətdən yapışmaq. Bir işdən yapışmaq.
8. Məcazi mənada: dəymək, toxunmaq. □ Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. (S.Vurğun).
9. Məcazi mənada: yapışıb əl çəkməmək, bir an belə aralanmamaq; əl çəkməyərək danışmaq, müraciət etmək, təngə gətirmək. □ Adama yapışdımı, əl çəkən deyil.
10. Keçmək, sirayət etmək. □ Soyuğa öyrənmiş adama azar çətin yapışar.
11. Məcazi mənada: bənd olmaq, mane olmaq, ...qoymamaq. □ Acıq edib gedənə yapışma.
See also: