1. Yapışqanla və ya başqa yapışdırıcı maddə ilə bir şeyi başqa bir şeylə bitişdirmək. □ Məktuba marka yapışdırmaq. Divarlara elan yapışdırmaq. Cırılmış səhifələri yapışdırmaq. Taxtaları yapışqanla bir-birinə yapışdırmaq.
2. Qaynaq vermək, qaynaq vasitəsilə bir-birinə bitişdirmək, qaynaq etmək. □ Boruları bir-birinə yapışdırmaq. Çaydanın lüləyini yerinə yapışdırmaq.
3. Məcazi mənada: calamaq. □ Sözü sözə yapışdırmaq.
4. Sıx yaxınlaşdırmaq, təmas etdirmək. □ Xavər qolunu uşağının boynuna sarıyaraq qucaqlamış və üzünü üzünə yapışdıraraq fikrə getmişdi. (M.İbrahimov).
5. Məcazi mənada: vurmaq, ilişdirmək, çəkmək. □ Çoban canavarın belinə bir çomaq yapışdırdı.
See also: