Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yağmaq [yağmax] feil

1. Havadan qar, yağış, dolu kimi şeylər düşmək, tökülmək. □ Qar yağmaq. Dolu yağmaq. Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş. (Atalar sözü). Dəli dəliyə qoşulsa, göydən dəyənək yağar. (Atalar sözü).

2. Çox miqdarda, arası kəsilmədən tökülmək. □ Külək başımıza torpaq yağdırırdı.

3. Məcazi mənada: bir şeyin çoxluğunu, şiddətini, davamlılığını bildirir, bir şeyin bolluğunu bildirir. □ Bərəkət yağmaq. Göydən yerə zülm yağır; Çörək baha, vergi ağır. (S.Vurğun).

4. Məcazi mənada: bir şeyi ifadə etmək. □ Onun üzündən biclik yağır. Sifətindən nur yağır.

See also:

frazeologizm: bacasından quyruq yağmaq frazeologizm: başından yağmaq frazeologizm: bərəkət yağmaq frazeologizm: daş düşəydi (yağaydı) frazeologizm: göydən od yağmaq frazeologizm: gözlərindən cin yağmaq frazeologizm: gözündən ... yağmaq frazeologizm: o günə daş düşəydi (yağaydı) frazeologizm: saç-saqqalına qar yağmaq frazeologizm: sənə güvəndiyim dağlar, sənə də qar yağarmış frazeologizm: sifətindən zəhrimar yağmaq (tökülmək) frazeologizm: sir-sifətindən cin yağmaq frazeologizm: sir-sifətindən zəhrimar yağmaq (tökülmək) frazeologizm: Tanrı mənəm, yağmaram frazeologizm: üz-gözündən biclik yağmaq frazeologizm: üz-gözündən zəhrimar yağmaq (tökülmək) frazeologizm: üzündən nur yağmaq (tökülmək) frazeologizm: üzündən zəhrimar yağmaq (tökülmək) Azərbaycan dilinin izahlı lüğəti