mürəkkəb adların tərkibində işlənən xas sözü və Mahammad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Xasməhəmməd (bax: ad – XAS; MƏHƏMMƏD) kişi adı yalnız Məhəmmədə aid olan, yalnız Məhəmmədə məxsus olan, Məhəmməd kimi, Məhəmməd xüsusiyyətli mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Xasməmməd də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti