yun. chartes; lat. charta – kağız, fərman
1. Perqament və ya papirus üzərində tarixi əhəmiyyətə malik, qədim əlyazma.
2. Orta əsrlərdə, habelə müasir dövrdə kütləvi-hüquqi xarakterli sənəd.
X.-larda, bir qayda olaraq, müxtəlif sosial təbəqələrin siyasi hüquq tələbləri öz əksini tapır. İngiltərədə “Böyük azadlıqlar X.-sı” (1215) və “Xalq X.-sı” (1838) buna misal ola bilər. Müasir beynəlxalq hüquqda X. məcburi qüvvəyə malik olmayan hüquqi akt sayılır və mənaca bəyannaməyə uyğun gəlir. Belə sənədlərdə hər hansı beynəlxalq saziş subyektlərinin əsas məqsədləri öz əksini tapır.
Tarix terminləri lüğəti