Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

xalxal1

Başkeçid, Borçalı, Gədəbəy, Xanlar, Qazax, Quba, Şəmkir, Tovuz

Açıq hava şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer.  Qoyunnarı xalxala sal, qaşmasınnar (Tovuz); Xalxalın dört tərəfi örüx'lü olur, üsdü də açığ olur (Xanlar).

xalxal2

Daşkəsən, Gədəbəy

Haça dirəklərin arasına qoyulan ağac.  Xalxal da iki haçanın arasına qoyuloy dana, a bala (Daşkəsən); Haçalara hələ də xalxal tapammamışıx (Gədəbəy).

Azərbaycan dilinin dialektoloji lüğəti