Reklam
Reklam

Tarix terminləri lüğəti

votçina

slav. отъчина – irsi mülk

1. X–XI əsrlərdə Kiyev Rus dövlətində meydana gəlmiş qədim feodal torpaq sahibliyi forması – irsən keçən nəsli mülk.

XIII–XV əsrlərdə V. torpaq mülkiyyətinin hakim formasına çevrilib. Sahibinin onu satmaq, dəyişmək və ya varisinə vermək hüququ olub. Sonralar hər cür feodal torpaq mülkiyyəti V. adlandırılıb.

2. Rus tarix ədəbiyyatında feodal torpaq mülkiyyəti və onunla əlaqədar feodal-asılı kəndlilər üzərində bütün hüquqlar kompleksini ifadə etmək üçün işlədilən termin.

Tarix terminləri lüğəti