Müasir anlamda: demokratik cəmiyyət çərçivəsində siyasi, sosial, iqtisadi və mədəni sahələrdə dövlətdən tam müstəqil şəkildə inkişaf edən münasibətlərin məcmusu.
V.C. müxtəlif anlamlarda işlənən termindir. Onun müəllifi Aristotel müəyyən siyasi quruluş forması ilə aralarında əlaqə olan azad və bərabərhüquqlu vətəndaşların toplumunu məhz belə adlandırıb. V.C. yalnız geniş, demokratik hüquq və azadlıqların mövcud olduğu dövlətlərdə fəaliyyət göstərə bilər. Onun başlıca ünsürləri – müxtəlif ictimai institutlar (partiyalar, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, kooperativlər və s.) vətəndaşlarla dövlət arasında vasitəçilik edərək dövlətin şəxsiyyət üzərində hökmranlığına mane olur. İctimai münasibətlərin tam dövlətləşdirilməsi isə demokratiyanın məhdudlaşdırılmasına və son nəticədə totalitarizmə gətirib çıxarır.
Tarix terminləri lüğəti