1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək. □ Stolu özündən uzaqlaşdırmaq. Hədəfi on metr uzaqlaşdırmaq.
2. Getməyə, bir yeri tərk etməyə məcbur etmək. □ Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. (S.Rəhimov).
3. Bir şeyin vaxtını gecikdirmək, daha uzaq bir vaxta keçirmək. □ Gözlənilməz hadisə məsələnin həllini uzaqlaşdırdı.
4. Əlaqələri kəsmək, yadlaşdırmaq, uzaqlaşmasına, əlaqəni kəsməsinə, yadlaşmasına səbəb olmaq. □ Onun bu münasibəti məni ondan uzaqlaşdırdı.
5. Qovmaq, rədd etmək, yaxın qoymamaq (bəzən “başından”, “özündən” və s. sözlərlə işlənir). □ Murad gözlərini açdı. Ayağa qalxdı, damağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. (S.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti