1. Yaddan çıxarmaq, yadından çıxmaq, xatirindən çıxmaq (çıxarmaq). □ Hər şeyi unutmaq.
2. Lazımi anda, yeri gələndə yada salmamaq, nəzərindən qaçırmaq. □ Yoldan keçərkən bizə baş çəkməyi unutdu. Gedəndə qapını bağlamağı unutma!
3. Nəzərdən (nəzərindən) qaçırmaq. □ Unutma ki, sabah iclas günüdür. Az qala unutmuşdum.
4. Saymamaq, hesablaşmamaq, riayət etməmək. □ Ədəb qaydalarını unutmaq. Heysiyyətini unutmaq.
5. Təsadüfən yadından çıxararaq bir yerdə qoymaq, özü ilə götürməmək. □ Stolun açarını unutdum, evdə qoydum.
Azərbaycan dilinin izahlı lüğəti