Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tütün [tütün] isim

1. Botanika. Yarpaqlarında nikotin olan quşüzümü ailəsindən ot-bitki. □ Dağlar başı tütündür; Kimin qəlbi bütündür; Əyil, üzündən öpüm; Dünya ölüm-itimdir. (Bayatı).
2. Həmin bitkinin papiros çəkmək, iyləmək və ya çeynəmək üçün işlədilən qurudulmuş və xırda doğranmış və ya ovulmuş yarpaqları. □ Siqaret tütünü. Əla növ tütün.
3. Tüstü. □ Oturdu diz-dizə qaçaqlar bütün; Çadırı doldurdu şərabla tütün. (S.Vurğun).

Azərbaycan dilinin izahlı lüğəti