Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tutqunlaşmaq [tutğunnaşmax] feil

1. Tutulmaq, tutqun olmaq, qaralmaq. □ Göyün üzü getdikcə tutqunlaşır, hava tutqunlaşmışdı, narın qar yağırdı.
2. Rəngi qaralmaq, tündləşmək. □ Yağlı boya ilə işlənmiş bədii və köhnə əsərlər tutqunlaşdıqda üzərlərinə lak çəkirlər. (A.Qazıyev).
3. Məcazi mənada: tutulmaq, pozulmaq, pərt olmaq. □ Murad qaşlarını çatdı, üzü birdən-birə tutqunlaşdı. (İ.Əfəndiyev).

Azərbaycan dilinin izahlı lüğəti