Əsas müddəaları ABŞ prezidenti H.Trumenin 1947-ci il martın 12-də konqresə ünvanladığı müraciətdə əks olunmuş xarici siyasət proqramı.
Konqres tərəfindən təsdiq edildikdən sonra bu doktrina qanun qüvvəsi alıb. Onun əsas məqsədi II Dünya müharibəsindən (1939–1945) sonra SSRİ-nin beynəlxalq aləmdə, ilk növbədə, Avropada yürütdüyü təcavüzkar siyasətinin qarşısını almaq və “kommunist təhlükəsi” ilə üz-üzə qalmış ölkələrə yardım göstərməkdən ibarət olub. T.D. çərçivəsində ilk yardım 1947-ci ilin iyun-iyulunda Yunanıstana və Türkiyəyə göstərilib: bu ölkələrdən hər birinə 400 milyon dollar məbləğində vəsait ayrılıb. Faktik olaraq T.D. ABŞ-ın Avropadakı müttəfiqlərinə geniş və davamlı hərbi yardımının əsasını qoyub.
Tarix terminləri lüğəti