Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi.
XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. T. yerli it cinslərinin Avropadan gətirilən cinslərlə seleksiyasından alınmışdır. Mütəxəssislərin fikirinə görə Avropada olan T. cinslərlə Yaponiyada olanlar arasında müəyyən fərqlər vardır. T. yığcam bədən quruluşuna, sallanan ortaölçülü qulaqlara, qısa tükə və enli kəlləyə malik olmasına görə fərqlənir. Başı enli, burnu düz, burun ucları qara və enli, beli düz, sinəsi enli, quyruğu nisbətən kökdür.
Biologiya terminlərinin izahlı lüğəti