1. Torpağı olan, torpaqla örtülmüş. □ Eləmi daşlı yerlər; Torpaqlı, daşlı yerlər; Bu dünyada hələ var; Gözləri yaşlı yerlər. (Bayatı).
2. Torpaq sahibi, torpaq yiyəsi olan, torpağı olan. □ Torpaqlı kəndli.
3. Tozlu. □ Gəlir o torpaqlı duman iləri; Tünd olur daha da gəldikdə bəri. (H.K.Sanılı).