Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

torpaq fondu

fr. fond – əsas, özül

Müəyyən ərazinin, ölkənin hüdudları daxilində yerləşən bütün torpaqların cəmi.

T.F. məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara ayrılır. Azərbaycan Respublikasının T.F. kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhər, qəsəbə və kənd) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqlarından ibarətdir. Bunların yarıdan çoxunu kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir.

Coğrafiya terminləri lüğəti