Reklam
Reklam

Tarix terminləri lüğəti

Tevton ordeni

lat. Ordo domus Sanctae Mariae Teutonicorum

XII əsrin sonunda səlib yürüşləri dövründə formalaşmış katolik ruhani-cəngavər ordeni.

Ona “alman ordeni”, “səlibçilər ordeni” də deyirlər. 1198-ci ildə papa III İnnokenti tərəfindən müstəqil təşkilat kimi təsdiq olunmuş T.O.-nin əsasını zadəgan mənşəli alman cəngavərləri təşkil edib. Onun başında ömürlük seçilən qrossmeyster (böyük magistr) durub. Ağ bürüncəyin üzərində qara xaç T.O.-nin fərqləndirici nişanı olub. XIII əsrin başlanğıcında daha çox Şərqi Avropada fəaliyyət göstərən T.O. burada Visla və Neman çayları arasındakı geniş əraziləri zəbt edərək qüdrətli hərbi-teokratik dövlətin əsasını qoyub. Yalnız 1410-cu ildə Polşa–Litva qoşunlarının Qrünvald döyüşündə T.O.-nə qalib gəlməsi ekspansiyanın qarşısını alıb. Bundan sonra T.O.-nin tənəzzül dövrü başlanıb. 1809-cu ildə o, Napoleon tərəfindən ləğv edilib. T.O.-nin fəaliyyəti 1834-cü ildə Avstriyada bərpa olunsa da, onun məhdud saylı üzvləri təşkilatın siyasi nüfuzunu qaytara bilməyiblər.

See also:

Tarix terminləri lüğəti