1. Keçmişdə Azərbaycanda köçəri heyvandarlara verilən ad. □ Tarverdi başıbağlı, koxa və Məşədi Qurban və Nəcəf, Namaz və başqa tərəkəmələr oturublar. (M.F.Axundzadə).
2. Musiqi. Azərbaycan xalq oyun havalarından birinin adı. □ Tərəkəmə oyun havası ilə ənzəli oyun havasını müqayisə etsək, burada hər iki havanın vəzninin eyni və çalınmaq sürətinin də təxminən bərabər olduğunu görərik. (Ə.Bədəlbəyli).