Reklam
Reklam

Tarix terminləri lüğəti

teokratiya

yun. theokratia < theos – Allah + kratos – hakimiyyət, güc

Siyasi və dini hakimiyyətin ruhanilərə və ya kilsəyə məxsus olduğu dövlət quruluşu.

Bu termin ilk dəfə yəhudi əsilli Qədim Roma tarixçisi İosif Flavius (37–100) tərəfindən işlədilib. Adətən, teokratik dövlətdə ali hakimiyyət kilsənin başçısına və ya dini rəhbərə (o həmçinin dövlət başçısı sayılır) məxsus olur. Qədim Şərq despotiyaları (Misir, Babilistan, İudey çarlığı), orta əsrlərdə isə Ərəb xilafəti (632–1258) və Avropada Papa vilayəti (754–1870) T.-ya misal sayıla bilər. Müasir dövrdə T. tarixi anaxronizmə çevrilib. XXI əsrə yalnız Vatikan və müəyyən mənada bəzi Şərq ölkələri teokratik dövlətlər kimi daxil olub.

See also:

Tarix terminləri lüğəti