1. Təəssüb çəkən; fanatik. □ Təhmasibin yaratdığı Əbu-Übeyd son dərəcə təəssübkeş bir ərəb xadimi və islam mücahidi idi. (C.Cəfərov). 2. Qeyrət çəkən, namusunu qoruyan, qeyrətkeş. □ ..Göydəki bir tanrı bilir ki, mən necə təəssübkeşəm. (S.Rəhimov).