Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təcrübə [təcrübə] isim ərəb

1. Sınama, sınaq, yoxlama. □ Təcrübə uçuşu. Təcrübə müddəti.
2. Tədqiq etmək üçün hər hansı bir hadisəni süni surətdə yaradılmış şəraitdə təkrar etmə; elmi bilikləri laboratoriya yolu ilə yoxlama. □ Təcrübə gözlənilən nəticəni vermədi. Alimin apardığı təcrübələr müsbət nəticə verdi.
3. Həyatdan, praktiki fəaliyyətdən və s.-dən əldə edilmiş biliklərin, vərdişlərin məcmusu. □ İstehsalat yenilikçilərinin təcrübəsi. Həyat təcrübəsi.
4. Keçmişdə olmuş, işdə, həyatda yoxlanmış, sınanmış, əvvəllər təsadüf olunmuş şey. □ Anacan eşq oduna yanmamışam mən; Hələ də bir təcrübə almamışam mən; Nə yaman olur yardan ayrı düşəndə; Bəlkə də, yaxşı-yaman qanmamışam mən. (Xalq mahnısı). 
5. Adamların, cəmiyyətin yaşaması üçün lazım olan şəraiti yaratmağa yönəldilmiş fəaliyyətin məcmusu; praktika. □ Nəzəriyyənin təcrübəyə təsiri.
6. Hər hansı nəticələrin, müddəaların praktik işdə tətbiqi və yoxlanması. □ Səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək.
7. Hər hansı bilik və vərdişlərin işdə tətbiq edilməsi, bir işi yaxşı mənimsəmək üçün müntəzəm məşğul olma, təlim keçmə. □ Gənc fəhlə birillik təcrübədən sonra usta oldu.
8. Tələbələrin, şagirdlərin və b.-nın nəzəri biliklərinin, tədris prosesinin tərkib hissəsi kimi işdə tətbiqi və sabitləşməsi. □ Tələbələrin pedaqoji təcrübəsi. İstehsalat təcrübəsi.

Azərbaycan dilinin izahlı lüğəti