Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

skaner

ing. scanner < scan – nəzərdən keçirmək

1. Mətnlərin, foto və ya qrafik təsvirlərin, lentin üzərindəki infor­ma­si­ya­nın kompüterin yaddaşına klaviaturasız kö­çürülməsini təmin edən optik qurğu.

S. mətni, təsviri təhlil edərək rəqəmsal formata çevirir və fayl şəklində kompüterə ötürür. 

2. Şəbəkə kompüterlərinin təhlü­kəsizlik sistemində zəif yerləri aşkar etmək üçün proqram. 

3. Müəyyən tezliklərdə, ya­xud diapazonda yayımlanan radio və televiziya verilişlərini tapmaq üçün axtarış sistemi, radioqəbuledici. 

4. Adətən, eyni möv­zunun müxtəlif aspektlərinə həsr olunmuş qısa süjetlərdən ibarət televiziya proqramı. 

5. Ştrix-kodlarda şifrlənmiş mə­lumatları oxumaq üçün cihaz.

Jurnalistika terminləri lüğəti