1699–1700-cü illərdə Rusiya, Reç Pospolita (Polşa), Saksoniya və Danimarka tərəfindən İsveçə qarşı yaradılmış koalisiya.
Rusiyanın təşəbbüsü ilə bağlanan ittifaq rusların Baltik dənizinə çıxmaq cəhdləri ilə əlaqədar olub. Şimal müharibəsinin (1700–1721) başlanğıcında Ş.İ. dağılıb. 1700-cü ildə Danimarka, 1706-cı ildə isə Reç Pospolita və Saksoniya koalisiyadan çıxıb. 1713-cü ildə Prussiyanın iştirakı ilə Ş.İ. bərpa olunub.
Tarix terminləri lüğəti