Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sifətin adi dərəcəsi

Heç bir dərəcə əlaməti qəbul etməmiş sifət.

Sifətin adi dərəcəsi əşyanın keyfiyyət və ya əla­mətinin normada olduğunu bildirir. Azaltma və çoxaltma də­rəcələri adi dərəcə əsasında formalaşır: sarı, yaşıl, qırmızı, kiçik və s. Adi dərəcənin xüsusi şəkilçisi yoxdur. Heç də bütün sifətlər dərəcənin morfoloji əlamətini qəbul edə bilmir, hə­mişə adi dərəcədə olur:

1. Düzəltmə və mürəkkəb sifətlərin əksəriyyəti: duzlu, sınıq, süzgün, daxili, güləyən, qaraqaş, qaragöz, qaraqabaq və s.

2. Bəzi sadə sifətlər: kal, qalın, mehriban, kar, ağır, kobud və s.

3. Alınma sifətlərin bir çoxu: etnik, fizioloji, tibbi və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti