Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sıçramaq [sıçramax] feil

1. Atılmaq, tullanmaq, hoppanmaq; atlanıb (hoppanıb) keçmək. □ Yerindən sıçramaq. İrəliyə sıçramaq.

2. Hoppanıb qalxmaq (oturmaq). □ Surxay kəhərin belinə sıçradı. (M.İbrahimov). 
3. Səpilmək, çilənmək. □ Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. (A.Səhhət).

See also:

frazeologizm: qan beyninə vurmaq (sıçramaq) Azərbaycan dilinin izahlı lüğəti