Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

şeytan1

Ağcabədi, Astara, İmişli, Qazax, Şəmkir

Tüfəngin tətiyi. □ Şeytana toxunma, tühəg açılar (Ağcabədi).

şeytan2

Quba, Ordubad

Xəbərçi. □ Şeytan adamun süzünə gərək hiç qulağ asmiyəsən (Ordubad).

şeytan3

Ağcabədi, Borçalı, Goranboy

İlbiz. □ Şeytan nəm yerdə çox olur (Goranboy).

Azərbaycan dilinin dialektoloji lüğəti