Jurnalistin pul, pulsuz xidmətlərdən istifadə, əmlak formasında mənfəət, üstün hüquqlar qazanmaq məqsədilə statusundan sui-istifadə etməsinə və peşə davranışı prinsiplərini pozmasına şərait yaradan hiss, mənəvi keyfiyyət.
Ş.M. – etikanın və sosial fəlsəfənin mühüm, mürəkkəb anlayışlarından biridir, professional mühitdə maraqlar münaqişəsinin yaranmasının başlıca səbəbidir. Jurnalistikaya aid sənədlərdə ona, əsasən, məhz maraqlar münaqişəsi kontekstində rast gəlinir, media işçilərindən Ş.M.-ları ictimai və korporativ maraqlardan üstün tutmamaq tələb olunur. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında bu barədə deyilir: «Jurnalist redaksiya sənədindən və informasiyaya çıxış imkanlarından, habelə biznes fəaliyyəti və maliyyə bazarları barədə məlumatlardan şəxsi mənfəət əldə etmək məqsədilə istifadə etməməlidir. Jurnalist birbaşa Ş.M.-ının olduğu məsələlər barədə reportajlar hazırlamaqdan çəkinməlidir…»
See also:
Jurnalistika terminləri lüğəti