fars. şəhr – şəhər + stan – yer, məkan
Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda erkən feodal şəhərlərinin ərazisi.
Ş. şəhər divarlarının daxilində, içqalanın (əlavə qala divarları ilə əhatələnmiş feodal qəsrinin) isə xaricində yerləşib. Burada yaşayış məhəllələri, dini tikililər (cümə məscidi), meydançalar, emalatxanalar, örtülü bazarlar, ictimai binalar və s. yerləşib. Feodalizmin inkişafı ilə əlaqədar Ş.-ın ətrafında sənətkarlıq məhəlləsi – rabad meydana gəlib.
Tarix terminləri lüğəti