Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SALATIN

ərəb. sultan sözünün cəmi olub, sultanlar, hökmdarlar və buna yaxın anlamları ifadə edir.

Məcazi mənada səcdə ediləndir. XIX əsrin sonu, XX əsrin əvvəllərində aşıq şeirində, xüsusən Aşıq Ələsgərin yaradıcılığında Salatın adı tez-tez istifadə edilən qadın adlarındandır. XX əsrin sonlarına yaxın unudulmaqda olan Salatın qadın adı yenidən məişətimizə daxil olmuş, bu dəfə Azərbaycan xalqının yaddaşında əbədiləşmişdir. Adın daşıyıcılarından biri, I Qarabağ müharibəsi başlayandan torpaqlarımızın bütövlüyünün, Qarabağ dərdinin yazılarının başlıca mövzusuna çevrilmiş tanınmış jurnalist Salatın Əsgərova (1961-1991) dəfələrlə qaynar nöqtələrdən operativ materiallar hazırlamaq məqsədi ilə qaynar nöqtələrə gedərdi. Döyüş bölgəsinə növbəti səfəri zamanı onun olduğu avtomobil düşmən tərəfindən atəşə tutulmuş, Salatın Əsgərova vəhşicəsinə qətlə yetirilmişdir. Ölümündən sonra Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti