Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ŞAHBİKƏ

fars. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş çah və azərb. bika titullarının birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.

Şahbikə (bax: ad – ŞAH; BİKƏ) qadın adı şaha, hökmdara layiq qadın mənasındadır. Adın təhrif olunmuş Şahpikə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti