Reklam
Reklam

Tarix terminləri lüğəti

rus-Azərbaycan məktəbi

XIX əsrin sonu – XX əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərmiş yeni üsullu məktəb.

İlk R.-A.M. 1887-ci ildə Bakıda fəaliyyətə başlayıb. Şagirdləri azərbaycanlılardan ibarət olan bu tədris müəssisələrində (onlara “rus-tatar məktəbi”, “rus-müsəlman məktəbi” də deyilirdi) ana dili, rus və fars dilləri, hesab, coğrafiya, tarix, şəriət fənləri keçilirdi. Qısa müddətdə belə məktəblər Azərbaycanda yayılıb: XIX əsrin sonunda Bakı ilə yanaşı, Şuşa, Naxçıvan, Şəki, Şamaxı, Gəncə və digər bölgələrdə də R.-A.M.-ləri fəaliyyət göstərib. 1920-ci il aprel işğalından sonra onlar ləğv edilib.

Tarix terminləri lüğəti