1. Yaşlığı, islaqlığı, rütubəti, nəmliyi yox olmaq, quru hala düşmək. □ Dodaqlarım qurudu.
2. Günəşin istisindən, quraqlıqdan solmaq və ya torpaqdan qida almamaq nəticəsində tələf olmaq (bitkilər haqqında). □ Tut ağacı qurumuşdur.
3. Məcazi mənada: arıqlamaq, zəifləmək, üzülmək. □ Dərddən qurumaq.
4. İflic olmaq, hərəkətdən qalmaq. □ Bir tərəfi qurumaq.
5. Əmr şəklində qarğış kimi işlənir. □
Əlin qurusun!
6. Donmaq, hissiz bir hala gəlmək. □ Şaxtadan ayaqlarım qurumuşdur.
7. Məcazi mənada: son dərəcə təəccüblənmək, mat qalmaq. □ Elə bunu bilcək lap qurudum. (C.Məmmədquluzadə).
See also: