Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qurulmaq [qurulmax] feil

1. Yaradılmaq, təşkil edilmək, meydana gətirilmək. □ Bu gözəl çəmənləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmiqoyub ölmək olar? (C.Cabbarlı). 
2. Tikilmək, bina edilmək, inşa edilmək, təsis edilmək. □ Sədd qurulmaq. Səngər qurulmaq. 
3. Əsaslandırılmaq. □ Planlar həqiqi imkanlar əsasında qurulmuşdur.
4. Düzəldilmək, tərtib edilmək, hazırlanmaq, təşkil edilmək. □ Danabaş kəndində üç yerdə matəm qurulubdur. (C.Məmmədquluzadə).
5. Yayı, mexanizmi burularaq işə salınmaq. □ Saat axşamdan qurulmamışdır. 

Azərbaycan dilinin izahlı lüğəti