1. Dini adətlərə görə, Allah yolunda kəsilən qoyun və ya başqa bir heyvan.
2. Xalq arasında: hər hansı bir əlamətdar hadisə münasibəti ilə qoyunkəsmə adəti.
3. Ən əziz, ən müqəddəs bir şey yolunda canından keçmiş, özünü fəda etmiş adam.
4. Nəvaziş, mehribanlıq, yaxud yalvarış mənasında. □ Oxu, bülbülciyim, səsinə qurban! Ey ilham pərisi sevimli canan! (M.Rahim).
5. Qurbandır şəklində – xoş təklif, iltifat mənasında, yaxud xahişedilən bir şeyi məmnuniyyətlə verməyə, güzəşt etməyə hazır olmağı bildirir. □ Malım, dövlətim, evim, hamısı sənə qurbandır! (Qantəmir).
6. Bir hadisə nəticəsində həlak olmuş adam. □ Yanğın qurbanları. Zəlzələ qurbanları.
7. Hər hansı bir iş üzündən zərər çəkmiş, mənəvi iztirab və haqsızlığaməruz qalmış adam haqqında. □ Öz təcrübəsizliyinin qurbanı.
See also: