Su quşlarına aid olan növ.
Bədəni dartılmış formada, boynu olduqca uzun, başı orta ölçülü, dimdiyi enlidir. Ayaqları qısa olub nisbətən arxadadır. Pəncə üzgəcləri çox böyükdür. Ekvatorial oblast istisna olmaqla Q.Q.-larının 10 növü yer kürəsinin bütün qurşaqlarında yaşayır. Yaşayış yerləri şirin sulu göllər və bol sulu bataqlıqlardır. Suda olan bitki, həşərat, qurd, suda-quruda yaşayan və balıqlarla qidalanırlar.
Biologiya terminlərinin izahlı lüğəti