1. Bir yerə yerləşdirilmək; düzülmək. □ Kitabların rəfə qoyuldu.
2. Əmanət verilmək, saxlanmaq üçün verilmək. □ Pullar əmanət kassasına qoyulmuşdur.
3. İcazə verilmək, müsaidə edilmək, rüsxət verilmək, imkan verilmək, buraxılmaq. □ Heç kəs içəri qoyulmur.
4. Oxumaq, işləmək və s. üçün bir yerə göndərilmək, verilmək, düzəldilmək. □ Uşaqların üçü də məktəbə qoyulmuşdur.
5. Saxlanmaq, təxirə salınmaq, ləngidilmək, keçirilmək. □ İclas sabaha qoyulmuşdur.
6. Tapşırılmaq, həvalə edilmək. □ Siyahını tutmaq onun öhdəsinə qoyulmuşdur.
7. Yüklənmək, vurulmaq. □ Arabalara ağır yük qoyulmuşdur.
8. Təsis edilmək, tikilmək, qurulmaq. □ Binanın özülü qoyuldu.
9. Geyilmək, keçirilmək. □ Başa papaq qoyulmaq.
10. Sərf edilmək, işlənmək. □ Bu işə çoxlu zəhmət qoyulmuşdur.
11. Bir şeyin üstünə, yaxud arasına yerləşdirilmək, salınmaq, döşənmək. □ Kompres qoyulmaq.
12. Təyin edilmək. □ Məsul vəzifəyə qoyulmaq.
13. Həll edilmək, yerinə yetirilmək, yaxud müzakirə üçün irəli sürülmək, təklif edilmək. □ Məsələ ciddi qoyulmuşdur.
14. Yazılmaq, işarə edilmək. □ Durğu işarələri düzgün qoyulmamışdır.
15. Düzəldilmək, təşkil edilmək, tərtib edilmək. □ Təcrübə qoyulmaq.
16. Müəyyən edilmək, qərarlaşdırılmaq, lap ibtidadan verilmək. □ İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur. (M.F.Axundzadə).
17. Saxlanılmaq. □ Axşama heç iş qoyulmayıbdır.
See also: