1. Arabanı və s. çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s. bağlamaq. □ Öküzləri kotana qoşmaq.
2. İlişdirmək, bənd etmək, bağlamaq. □ Qatara əlavə vaqon qoşmaq.
3. Birləşdirmək, qatmaq. □ Mən də qoşdum səsimi; Bu gəncliyin səsinə. (Ə.Cavad)
4. Cəlb etmək, bir işin iştirakçısı etmək. □ Siz varlı kolxozları bu işə qoşun! (S.Rəhimov)
5. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək. □ O, Süleyman adlı bir nəfəri bizə qoşdu. (M.S.Ordubadi)
6. Düzəltmək, təlif etmək, demək. □ Mahnı qoşmaq.
Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək. □ Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. (M.Ə.Sabir)
See also: