Reklam
Reklam

Tarix terminləri lüğəti

Qordi düyünü

Əfsanəvi Frigiya hökmdarı Qordinin arabanın boyunduruğunun dişləsinə bağladığı dolaşıq düyün.

Bütün cəhdlərə baxmayaraq Q.D.-nü heç kəs aça bilməyib. Belə hesab olunub ki, həmin düyünü açan şəxs bütün dünyanın hakimi olacaq. Rəvayətə görə, e.ə. 334-cü ildə arabanın yerləşdiyi Qordion şəhərinə gələn Makedoniyalı İsgəndər Q.D.-nü açmağa çalışır, buna nail ola bilmədikdə isə qılıncını çıxararaq onu doğrayır. Mürəkkəb və dolaşıq məsələlərin tez və cəsarətli həllini tapmaq anlamında işlədilən “Q.D.-nü kəsmək” ifadəsi belə yaranıb.

Tarix terminləri lüğəti