Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qızışmaq [qızışmax] feil

1. Qızmaq, istiləşmək, hərarətlənmək; canı qızmaq, bədənində xoş bir istilik hiss etmək, soyuqluğu rəf olmaq. □ Havalar qızışmışdı.

2. Daha da şiddətlənmək, güclənmək. □ Yanğın qızışaraq ətrafa yayıldı.
3. Məcazi mənada: özündən çıxmaq, hirslənmək, qızmaq, acığı tutmaq. □ Xan büsbütün qızışıb qəzəblə bağırdı. (M.Rzaquluzadə).
4. Qıcqırmaq, çox qalıb turşumaq, xarab olmaq (sirkə və s.).

See also:

frazeologizm: ağzı qızışmaq frazeologizm: başı qızışmaq frazeologizm: çənəsi qızışmaq frazeologizm: əngi qızışmaq frazeologizm: meydan qızışmaq Azərbaycan dilinin izahlı lüğəti