1. Çox isti, çox qızmış halda olan, yüksək hərarətli; qaynar, yandırıcı. □ Qızğın dəmir. Qızğın ütü.
2. Coşqun, hərarətli, alovlu, atəşin, ehtiraslı. □ Qızğın məhəbbət.
3. Məcazi mənada: həyəcanlı, dərin hissləri ifadə edən. □ Qızğın göz yaşları.
4. Məcazi mənada: çox gərgin, güclü, şiddətli. □ Qızğın mübarizə.
5. Məcazi mənada: ən güclü, ən çox, ən böyük, şiddətli. □ Qızğın alver məskəni olan Bazar küçəsi qoçuların gəlir yeri idi. (A.Şaiq).