1. Dini etiqadlara görə axırzamanda aləm dağıldıqdan sonra bütün ölülərin dirilib qalxması; məhşər günü.
2. Məcazi mənada: müsibət, fəlakət, bəla, əzab, işgəncə mənasında. □ Hər günüm hicrində, ey məh, bir qiyamət tək keçər. (S.Ə.Şirvani).
3. Məcazi mənada: gurultu, patıltı, səs-küy, mərəkə.
4. Məcazi mənada: çox gözəl, çox yaxşı, əla, görməli, eşitməli, çox maraqlı şey, hadisə, adam və s. haqqında. □ Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir. (M. Füzuli).
5. Eyni mənada bəzən “qiyamətdir” şəklində işlənir. □ Mən öz-özlüyümdə bu qədər ağıllı, bu qədər kamallı, bu qədər səliqəli Hacı görməmişəm, desəm, inanın, Hacı qiyamətdir, qiyamət! (Qantəmir).
6. Məcazi mənada: çoxluq, bolluq bildirir. □ Bazarda qiyamət mal var.
See also: